Missiyamız
Uşaq evlərinə ümumi maddi yardımın göstərilməsidir.
Bu uşaq evlərinə yardımın prioritet hesab olunan istiqamətlərindən biridir. Çox zaman uşaq evləri əşyalar, oyuncaqlar, pul vəsaitinə və s. ehtiyac duyur. Siz məhz bu işdə, Sizə lazım olmayan və uşaqlarınızın işlətmədiyi geyim, oyuncaq və digər əşyaları təqdim etməklə yardım edə bilərsiniz. Bizdə hansı uşaq evlərinin buna daha çox ehtiyacı olması haqqında informasiya var
Ehtiyacı olan ailələrin xəstə uşaqlarının müalicə olunması
Ağır xəstəliklər uşaq psixikası və fiziologiyası üçün hədsiz yükdür. Çox zaman müalicə cərrahi müdaxilə və aztəminatlı ailənin malik ola bilməyəcəyi vəsaiti tələb edir. Biz müalicəyə ehtiyacı olan uşaq haqqında informasiyaya malik olmaqla əlaqələndirici həlqə, yardıma ehtiyacı olanlar və onlara hər hansı bir yardımı göstərə biləcək şəxslər arasında həlqəyik.
Şagirdlərin əl işlərindən ibarət müxtəlif müsabiqə və sərgilərin təşkil olunması
İstənilən uşaq yaradıcı baxımdan inkişaf etməli və ideallara doğru can atmalıdır. Biz uşaqların bütün sahələrdə öz istedadını göstərməsinə kömək etməyə çalışırıq. Uşaqlar özlərini tənha hiss etməməlidirlər və belə müsabiqələr onları nikbin edir və həyat zirvələrinə çatmaq və daxillərindəki mümkün boşluğu doldurmaq istəyi doğurur.
|
Yeniliklər
Iyu 07, 2007 Bizim saytımız açıldı
Bizim saytımız açıldı.
Tam
|